Gənc qız ad gününə getdi, 4 kişi tərəfindən zorlandı – ay yarım sonra isə…

Gənc qız ad gününə getdi, 4 kişi tərəfindən zorlandı – ay yarım sonra isə…

O, yaşananlarla bağlı hər şeyi həkimlərə danışıb

Hindistanda ad gününü qeyd etmək üçün dostunun evinə gedən gənc qız dörd kişi tərəfindən təcavüzə məruz qalıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, hadisədən təxminən bir ay yarım sonra ölüb.

İyulun 7-də Aurangabadda yaşayan gənc qız doğum gününü qeyd etmək üçün oğlanlardan birinin evinə gedib. Mumbay yaxınlığındakı evində dörd nəfər tərəfindən təcavüzə məruz qalan gənc qız xəstəxanaya getməyib və bu haqda polisə heç nə bildirməyib.

Olaydan bir neçə gün sonra onun səhhəti pisləşib.

O, xəstəxanaya aparılıb və yaşananlarla bağlı hər şeyi həkimlərə danışıb.

Gənc qız müalicə olunduğu xəstəxanada həyatını itirib.

Polis hadisə ilə əlaqədar istintaq başladıb.

DOSYE.ORG

COMMENTS