Gənclər arasında QAN DÜŞDÜ- Saxlanılan var

Gənclər arasında QAN DÜŞDÜ- Saxlanılan var

Qaxda həmkəndlilər arasında mübahisə bıçaqlanma ilə sona çatıb.

DOSYE.ORG  oxu.az-a istinadən xəbər verir ki, ötən gün axşam saatlarında rayonunun Şotavar kəndi ərazisində kənd sakinləri, 2001-ci il təvəllüdlü Azər Nadirovla 23 yaşlı Alqış İbrahimov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Bu zaman A.Nadirov A.İbrahimova bıçaqla xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən Azər Nadirov saxlanılıb və zərərçəkənin xəsarətlərinin dərəcəsinin müəyyən olunması üçün müvafiq ekspertiza təyin edilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

COMMENTS