“Gazelli Group” MMC-nin direktoru jurnlistləri hədələyir?

“Gazelli Group” MMC-nin direktoru jurnlistləri hədələyir?

Saytlarda yayımlnan “Bu məmurların dövlətə olan borclarının siyahısı açıqlandı – Ödəmirlər…” başlıqlı məqalə əsl gündəm mövzüsüna çevrildi.

Diqqətinizə çatdıraq ki, bir müddət öncə məqalə “Yeniavaz” saytı tərəfindən yayımlanmışdır. Ən çox qlobal problemə çevrilən məsələ məhz, “Azərbaycan Hava Yolları”(AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva tərəfindən təsis olunan  “Gazelli Group” MMC-dir.

Belə ki, etibarlı mənbənin verdiyi məlumata görə, “Gazelli Group” MMC-nin (VÖEN: 1401571551) dövlət büdcəsinə 83 min 305,16 manat vergi borcu var. Əlbətdə ki, dövlət maraqlarına zərbə vurmaq və eyni zamanda büdcənin formalşmsına qarşı çıxmaq üçün bu cür üsüllardan istifadə olunur.

Məsələ ilə əlaqədar “Gazelli Group” MMC-nin direktoru kimi özünü təqdim edən Nərmin İsmayılova, təcili məqalənin silinməsini, eyni ilə MMC rəhbərliyindən üzür istəməyimizi tələb etdi. Təbii ki, qrşı tərəf kimi hörmətli xanım direktora hüquqlrını müdafiə etmək üçün məhkəməyə müraciət etməyini tövsiyə etdik. Lakin direktor xanım yenidən bizi digər üsüllarla hədələməyə davam etdikdə, yenidən bütün işlərdə uğurlar arzulamaqla söhbətimizi bitirdik.

Dosye.org olaraq bir daha bildiririk ki, ölkəmizin süverinliyi və təhlükəsizliyi olduqca etibarlı əllərdədir. Rica edirik ki, sayt rəhbərlərini hədələmək və onlardan üzür istəməyi tələb etmək əvəzinə, dövlətə olan vergi borcunu ödəmək daha məqsədə uyğundur. Məsələ diqqətimizdədir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

DOSYE.ORG

COMMENTS