Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev etimadı doğruldur

Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev etimadı doğruldur

Ölkəmiz mütəqillik əldə etdikdən sonra respublikamızın bütün istiqamətlərində abadlıq-quruculuq işləri və vətəndaşların sosial problemlərinin istiqamətində xeyli işlər görülməyə başladı.

Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasətin nəticəsi idi ki, rayon və şəhərlərdə xeyli təqdirəlayiq işlər görülməyə start götürdü. Əlbətdə ki, tapşırıqlar birbaşa icra başçılarına həvalə edilirdi. Prezidentin ətrafında sıx birləşən və müstəqilliyimizin qorunmasında müstəsna xidmətləri olan prezidentin səlahiyyətli nümayindələri ölkə başçısının etimadını qazanmaqla yanaşı sakinlərin böyük rəğbətini qazanmışdır.

Mərhum prezident Heydər Əliyevin layiqli davamçısı prezident İlham Əliyev düzgün siyasətin davam etdirilməsində səylə çalışmış və bu gündə ən böyük dərdimiz olan Qarabağ probleminin həlli istiqamətində müsbət işlər görmüşdür. Cənab prezidentin etimadını doğruldan icra başçılardan biri məhz üzün illər Ağstafa rayon icra hakimiyyətinin başçısı vəzivəsində çalışmış və hal-hazırda Göranboy RİH başçısı cənab Məhərrəm Quliyevdir. Ağstafa rayonunda xeyli abadlıq işləri görən Məhərrəm Quliyev rayon sakinlərin sevgisini də qazanmağa nail olub.

Belə ki, hər bir rayon sakininin problemini öz problemi bilən başçısı onu aradan qaqldırılması üçün bütün imkanlardan istifadə etməklə bir daha həllinə nail olur. Ağstafa sakinləri bizimlə söhbət zamanı vurğuladılar ki, cənab Məhərrəm Quliyev bizi öz dağmaları kimi qəbul edir və gənclərimizə vətənpərvərlik mövzüsünda söhbətlər aparır. Bu da onun vətənə və prezidentə bağlı olduğuna işarədir.

Prezident İlham Əliyev bütün bunları nəzərə alaraq kifayət qədər nüfüz sahibi olan Məhərrəm Quliyevi Göranboy RİH-nin başçısı təyin edir. Təyinatdan sonra rayonda idarə, müəssisə, təşkilat rəhbərləri ilə görüşlər keçirən icra başçısı rayonda bütün sahələrlə yaxindan maraqlanır, neqativ işlərin aradan qaldırılması istiqamətində tapşırıqlarını verir. Elə bu səbəbdən Göranboylular prezidentin təyinatını alqışlayır və ona sevgilərini çatdırırlar.

DOSYE.ORG

COMMENTS