Goranboyda örüş sahələrini kimlər zəbt edib və yaxud ƏMXD nə ilə məşğuldur?-VİDEO

Goranboyda örüş sahələrini kimlər zəbt edib və yaxud ƏMXD nə ilə məşğuldur?-VİDEO

Son günlər bölgələrdə baş verən xoşagəlməz hadislər sözün həqiqi mənasında bir mənalı qarşılanmır.

Bir sözlə, ən çox narazılıq örüş sahələri üzrə təyinatın düzgün aparılmaması ilə bağlıdır. Əlbətdə ki, sadə vətəndaşlar haqlı narazılıqlarını lazımı qurumlara bildirsələrdə heç bir nəticə olmur ki, olmur. Bu günlərdə Goranboy rayonunun Qazanbulaq qəsəbəsinə yaxın ərazidə yerləşən, eyni zamanda rayonun Borsunlu kənd bələdiyyəsinin balansında olan örüş sahələri demək olar ki, qanunsuz əkin üçün istifadəyə verilib.

Yəni, “Aqro SAR” MMC qanun tanımadan örüş sahələrini öz mülkiyyət torpağı hesab edərək istədiyi formada istifadə edir. Bu işdə Azərbaycan Sahibkarlar Konfedarasiyasının Goranboy rayon üzrə nümayindəsi Rüstəm Nağıyev bir başa başçılıq edir. Çox hörmətli R. Nağıyevə təəssüf hissi ilə bildiririk ki, örüş sahələrindən əkin sahəsi kimi istifadə etmək qanunla qəti qadağandır. Onuda diqqətinizə çatdıraq ki, qanunları bilərəkdən saya almamaq isə dövlətimizə və rayon rəhbərliyinə qarşı təxribat hesab edilir.

Digər tərəfdən bir faktı qeyd etməliyik ki, adı hallanan şəxs ümumiyyətlə qanun tanımır və şəxsi vəsait hesabına istədiyi vəziyyəti reallaşdırır. Yaxşı, Əmlak Məsələləri Dövlət Xidmətinin işi və fəaliyyəti nədən ibarətdir? Nə işlə məşğuldurlar ki, böyük bir skandalın qarşısını almaqda acizdirlər? Deməli, hadisənin analizində iki versiya ortaya çıxır. Birinci versiya ondan ibarətdir ki, Əmlak Məsələləri Dövlət Xidməti bilərəkdən Azərbaycan Sahibkarlar Konfedarasiyasının Goranboy rayon üzrə nümayindəsi Rüstəm Nağıyevə şərait yaradır.

İkinci versiya ondan ibarətdir ki, dövlət qurumu öz işini icra edə bilmir. Belə olan halda əlbətdə ki, narazılıqlar durmadan artacaq və sadə rayon sakinləri günahı yuxarıda yəni, dövləti idarə edən şəxslərdə görəcək. Əslində elə deyil. Məsələni dərindən araşdırsaq görərik ki, yerli qurumlar Prezidentin təyin etdiyi səlahiyyərtli nümayindələri ya eşitmirlər, ya da məsüliyyəti nazirliyin üzərinə atırlar. Çox istərdik ki, nazirliyin yerli qurumları qanuna riayət etsinlər və sakinlərlə normal davransınlar. Məsələ nəzarətimizdədir, araşdırmalar davam edir.

DOSYE.ORG

COMMENTS