Göyçay Suvarma Sistemləri İdarəsinin rəisi nədən qorxur?

Göyçay Suvarma Sistemləri İdarəsinin rəisi nədən qorxur?

Xəbər vermişdik ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalar davam etdirir.

DOSYE.ORG-a daxil olan yeni məlumatlarda bildirilir ki, rayonda idarə, müəssisə və təşkilat rəhbərləridə dindiriləcək. Onların bir müddət əvvəl rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmiş Mehdi Səlimzadə ilə hansı işlərdə əlbir olub-olmadığı da araşdırılır.

Etibarlı mənbədən sızan məlumatlara görə, bütcənin talanmasında ən çox xidmət göstərən şəxs isə Göyçay Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədovdur. Bu istiqamətdə araşdırmalarımız davam etdiyi üçün bəzi məqamları ictimailəşdirmirik.

Nəzərinizə çatdıraq ki, rayon sakinlərini narazı salan məmurlardan biri məhz Şakir Əhmədovdur.

DOSYE.ORG

COMMENTS