Göyçayda saxta COVID pasportu satan tibb işçiləri saxlanıldı

Göyçayda saxta COVID pasportu satan tibb işçiləri saxlanıldı

Göyçay Rayon Polis Şöbəsinə pul müqabilində bəzi vətəndaşlara vaksin olunmadan saxta COVID-19 pasportlarının verilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı qanunsuz fəaliyyətlə məşğul olmaqda şübhəli bilinən Göyçay Rayon Mərkəzi Xəstəxanasının işçiləri H.Eyvazova, İ.Məmmədova və L.Vəliyeva saxlanılıblar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar qabaqcadan əlbir olaraq müraciət edən bəzi vətəndaşlara əlli, yüz manat qarşılığında vaksinasiyadan keçib peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS