Göyçayda “Su-Kanal törəmə” ASC əhaliyə zülm edir

Göyçay sakini rayon “Su-Kanal törəmə” ASC -nin əsassız olaraq ona 30 manat cərimə tətbiq etdiyini bildirir.

TİA.AZ-a müraciət edə rayonun R.İsayev küçəsi – 4/2 də yaşayan Elnur Rəhimli deyir ki, Göyçay rayon Su-Kanal törəmə ASC -nin əsassız olaraq ona 30 manat cərimələyib.
Abonent bildirir ki, kanalizasiya olmayıb və vaxtı ilə suyun lilli gəlməsinə görə ərizə ilə müraciət edərək ona gələn xətti bağlatdırıb.
Bu ilin mart ayından etibarən smart kart tipli su sayğacı ilə yeni xətt çəkilib. Lakin o bu sudan istifadə edə bilmir. Çünki 30 manat cəriməyə görə karta pul qoyan kimi borcun silinəcəyindən ehtiyat edir.
Su-Kanal ASC Elnur Rəhimlinin əvvəlki çirkli suyun bağlanılması üçün verdiyi ərizəni it bata salıb və vətəndaşın bu borcu mütləq ödəməli olduğunu israr edir. Elnur Rəhimli bu barədə Göyçay rayon İcra hakimiyyəti başçısına 4-may 2015-ci il tarixində müraciətdə göndərib, lakin 10 gün keçməsinə baxmayaraq hələ cavab yoxdur. Qeyd edək ki, anoloji vəziyyət Göyçay şəhərində digər abonentləri də narahat edir.

COMMENTS