Güclü külək Bərdədə fəsadlara səbəb olub

Güclü külək Bərdədə fəsadlara səbəb olub

Bərdə rayonunda külək bir sıra fəsadlar və dağıntılar törədib.

“Report”un məlumatIna görə, rayonun Ərəb-2 kəndində güclü külək fərdi yaşayış evinin üstünə aşıb.

İrigövdəli ağac evin dam örtüyünü dağıdıb, evin hasarlarında çatlar əmələ gəlib. Hadisə zamanı ağac elektrik xəttini qıraraq heyvanın üzərinə salıb. Nəticədə iribuynuzlu heyvan ölüb, bununla da təsərrüfat sahibinə 1000 manatdan çox ziyan dəyib.

Eyni zamanda Bakı küçəsində də irigövdəli ağac qırılaraq avtomobil yoluna düşüb. Rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib. Şəhər mərkəzi ilə bərabər, bir çox kəndlərə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Güclü külək elektrik dirəklərini aşırıb, xətləri qırıb.

DOSYE.ORG

COMMENTS