Güclü yağış Yevlaxda da fəsadlar yaratdı – Fotolar

Güclü yağış Yevlaxda da fəsadlar yaratdı – Fotolar

Ötən gecə yağan güclü yağış Yevlaxda da fəsadlar yaradıb. 

“Qafqazinfo” xəbər verir ki, güclü yağış nəticəsində Bozdağdan axıb gələn sel suları rayonun Xanabad və Əkşəm kəndlərində sakinlərin həyətlərinə dolub, təsərrüfatlarına və əmlaklarına ziyan vurub. Əkşəm kəndində sel suları yolları, 20-yə yaxın sakinin həyətini, zirzəmisini basıb.

Həmçinin kənd sakini Duman İsmayılovun həyətyanı daş hasarının bir hissəsini də uçurub. Zərərçəkən maşın ustası olduğundan həyətinə yığdığı ehtiyat hissələrini də sel suları aparıb.

Aidiyyəti qurumların nümayəndələri həmin kəndlərdə olub, əraziyə texnikalar cəlb olunub. Hazırda selin qarşısının alınması, dəyən ziyanın dəqiqləşdirilməsi və aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

DOSYE.ORG

COMMENTS