Güllə Atıcılığı üzrə Nərimanov rayon komandası Bakı şəhər çempionu oldu

Güllə Atıcılığı üzrə Nərimanov rayon komandası Bakı şəhər çempionu oldu

12 may 2015-ci il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının atıcılıq tirində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVII spartakiadanın proqramına daxil olan güllə atıcılığı növü üzrə yarış keçirilib.

X – XI sinif şagirdləri arasında keçirilən yarışın nəticəsinə görə I yeri Nərimanov rayonu Məktəb Lisey Kompleksinin komandası I yeri, Xətai rayonu 171 nömrəli tam orta məktəbin komandası II yeri, Binəqədi rayonu 126 nömrəli tam orta məktəbin komandası III yeri, Səbail rayonu 189 – 190 nömrəli tam orta məktəbin komandası IV yeri, Sabunçu rayonu 80 nömrəli tam orta məktəbin komandası V yeri, Qaradağ rayonu 233 nömrəli tam orta məktəbin komandası VI yeri, Yasamal rayonu 173 nömrəli tam orta məktəbin komandası VII yeri, Suraxanı rayonu 114 nömrəli tam orta məktəbin komandası VIII yeri, Nəsimi rayonu 54 nömrəli tam orta məktəbin komandası IX yeri tutmuşlar. Xəzər və Nizami rayonlarının komandaları yarışda iştirak etməmiş və X – XI yerləri tutmuşlar.
Yarışda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVII spartakiadanın baş hakimin müavini Əbdülov Salman, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı, XXVII spartakiadanın baş katibi Sultanova Valentina, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Novruzov Nəcəf və digər rəsmi şəxslər iştirakçıları salamlamış, onlara müvəffəqiyyətlər arzulamışlar.
XXVII spartakiadanın dama, şahmat, stolüstü tennis, basketbol (qızlar), basketbol (oğlanlar), voleybol (qızlar), voleybol (oğlanlar), dördnövçülük (qızlar), dördnövçülük (oğlanlar), mini-futbol və güllə atıcılığı növləri üzrə yarışlarından sonra Nərimanov rayonu 35 xalla I yeri, Xətai rayonu 38 xalla II yeri, Sabunçu rayonu 46 xalla III yeri, Səbail rayonu 52 xalla IV yeri, Qaradağ rayonu 71 xalla V yeri, Suraxanı rayonu 74 xalla VI yeri, Binəqədi rayonu 76 xalla VII yeri, Yasamal rayonu 76 xalla VIII yeri, Nəsimi rayonu 92 xalla IX yeri, Xəzər rayonu 114 xalla X yeri və Nizami rayonu 138 xalla XI yeri tutur.

COMMENTS