Gülnarənin oğurladığı pullar geri qaytarılacaq – Qərar

Gülnarənin oğurladığı pullar geri qaytarılacaq – Qərar

“İsveçrə və Özbəkistan qanunsuz əldə edilmiş aktivlərin geri qaytarılmasına dair qarşılıqlı Anlaşma Memorandumu (AM) imzalayıb”.

“Yeni Sabah” xəbər verir ki, bu haqda məlumat verən ekspert Qubaad İbadoğlu bildirib ki, AM aktivlərin Özbəkistan xalqının xeyrinə şəffaflıq, hesabatlılıq və ictimai iştirakçılıq təmin edilməklə geri qaytarılmasının çərçivəsini müəyyənləşdirir.

Memorandumda keçmiş pezidentin qızı Gülnarə Kərimovaya məxsus olan 131 milyon dollar oğurlanmış pulun mümkün qədər tez bir zamanda Özbəkistana verilməsi nəzərdə tutulub: “Yeri gəlmişkən onu da qeyd edim ki, ABŞ Gülnarə Kərimovaya qarşı 2017-ci ilin dekabrında sanksiyalar tətbiq edir”.

Gülnarə Kərimova Daşkənd vilayətinin Zangiat rayonunda yerləşən 21 saylı qadın koloniyasında məhkum həyatı yaşayır. O 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun Özbəkistandan oğurladığı sərvətin miqdarı 1 milyard dollar məbləğində qiymətləndilir. Bundan əvvəl, Özbəksitan höküməti Fransada Gülnarə Kərimovaya məxsus oğurluq pulların geri qaytarılması ilə bağlı razılıq əldə edib.

DOSYE.ORG

COMMENTS