“Günəşli” yatağındakı qəzada həlak olmuş neftçinin nəşi Azərbaycana gətirilib

Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış meyitin Günəşli yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdən birinə məxsus olduğu ehtimal edildiyindən meyitin tanınması və respublikaya gətirilməsi üçün Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb.
 
FHN-nin məlumatına əsasən Virtualaz.org saytı xəbər verir ki, müəyyən edildiyinə görə, bu, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə taxta bənd işçisi vəzifəsində işləmiş Sahib Güloğlan oğlu Şahmarovun meyitidir.
 
Cəsədin gətirilməsi üçün Türkmənistana yola düşmüş Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi gecə saatlarında geri qayıdıb. Neftçi Sahib Güloğlan oğlu Şahmarovun nəşi Vətənə gətirilib və aidiyyəti üzrə təhvil verilib.

COMMENTS