Gürcüstan xüsusi təyinatlıları etirazçıları parlamentin qarşısından dağıdıb – Həbslər başlayıb

Gürcüstan xüsusi təyinatlıları etirazçıları parlamentin qarşısından dağıdıb – Həbslər başlayıb

Gürcüstanda xüsusi təyinatlı qüvvələr Tbilisidə parlament binası qarşısında etirazçıları su şırnaqları və gözyaşardıcı qazdan istifadə edərək tamamilə dağıdıblar.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, etirazçılar metal hasarları yarmağa çalışaraq qanunverici orqan binasının darvazalarına yaxınlaşıblar. Təhlükəsizlik qüvvələri etirazçıları qovmaq üçün parlamentin həyətindən su buraxıb.

Xüsusi təyinatlılar iki istiqamətdən – “Azadlıq” meydanı və “9 aprel” küçəsindən irəliləyərək gözyaşardıcı qaz və su şırnaqlarından da istifadə ediblər.

Daxili İşlər Nazirliyinin əməkdaşları səsgücləndirici vasitəsilə etirazçılardan dağılışmağı tələb ediblər. Bir müddət sonra xüsusi təyinatlılar etirazçıları parlamentin qarşısındakı meydandan tamamilə dağıda biliblər.

İnsanlar yaxınlıqdakı küçələrə qaçıblar. Polis həbslərə başlayıb, lakin bu, hələ ki, geniş miqyas almayıb.

COMMENTS