Gürcüstanda azarkeşlər oyuna buraxılacaqlar

Gürcüstanda azarkeşlər oyuna buraxılacaqlar

Gürcüstan hökuməti çempionat oyunları zamanı tamaşaçıların stadionlara daxil olmasına icazə verib.

Qol.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili məlumat verib.

Həm də millət vəkili olan Kobiaşvili bildirib ki, stadiona girişdə tamaşaçıların hərarətləri yoxlanılacaq və onlar təhlükəsizlik qaydalarına uyğun şəkildə arenaya buraxılacaq.

Bundan başqa, hökumət digər sahələrdə də yumşalmalar tətbiq edəcək.

Qeyd edək ki, hazırda Gürcüstan çempionatında 6-cı tur geridə qalıb.

DOSYE.ORG

COMMENTS