Gürcüstanda saxta “Borjomi” doldurulur

Daxili İşlər Nazirliyi Kvibisi kəndindəki 3 saxta “Borjomi” zavodunu bağlayıb

Analitik.az-ın məlumatına görə, Gürcüstanda “Borjomi” mineral suyu istehsal edən 3 zavod bağlanıb. Buna səbəb saxta “Borjomi”nin doldurulması olub. Əslində Kvibisi kəndindəki bu müəssisələr zavod yox, kiçik sexlərdir. Bu barədə məlumat verən Gürcüstan Daxili İşlər Nazirliyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxta mineral sular istehsalı ilə məşğul olan müəssisələri aşkar edib.
Məlumata görə, hüquq-mühafizə orqanları 4650 şüşə butılkada saxta “Borjomi” və saxtalaşdırmanı təsdiq edən digər əşyalar götürüblər. Saxtalaşdırma, saxta malın qanunsuz saxlanması və daşınması faktı üzrə cinayət işi açılaraq istintaq aparılır. İlkin məlumatlara görə, bu sexlər uzun müddət fəaliyyət göstərirlər və saxta “Borjomi” buraxan müəssisələrin sayı daha çoxdur. Hüquq-mühafizə orqanları saxta “Borjomi”nin digər istehsal yerlərini, eləcə də satışda nə qədr yayıldığını da araşdırır.
Məlum olur ki, buvaxtadək hər kəsin “Borjomi” kimi tanıdığı mineral suların əslində satışda çoxlu fərqli “növləri” var. Bunların fərqliliyi özünü saxtalıqda göstərir. Saxta “Borjomi”nin Ukrayna, Ermənistan və Azərbaycan bazarına daşınmasına dair ilkin məlumatların da araşdırıldığı bildirilir.

COMMENTS