Həbibin növbəti döyüş vaxtı açıqlandı

Həbibin növbəti döyüş vaxtı açıqlandı

Mütləq döyüş çempionatının (UFC) rusiyalı qalibi Həbib Nurməhəmmədovun növbəti döyüşünün vaxtı müəyyənləşib.

Report xəbər verir ki, bu barədə idmançının meneceri Rizvan Maqomedov bildirib. O deyib ki, Nurməhəmmədov növbəti görüşünü 2020-ci ilin mart və ya aprel ayında keçirəcək. Döyüşün keçiriləcəyi yer isə hələlik müzakirə olunmayıb.

Qeyd edək ki, Həbib Nurməhəmmədov sentyabrın 7-də ABŞ idmançısı Dastin Poryeni məğlub edərək UFC titulunu özündə saxlayıb. 31 yaşlı idmançının 28 qələbəsi var. O, hələlik məğlubiyyətlə üzləşməyib.

DOSYE.ORG

COMMENTS