Həkimlərə bəd xəbər

Dosye.org Vətəninfo.az-a istinadən bildirir ki, Milli Məclisin Sosial Siyasət Komitəsi yeni bir qanun üzərində işləyir.

Hazırlanan qanuna görə, dövlət xəstəxanalarında hər ay əmək haqqı almalarına baxmayaraq, özəl sektordakı kilinikalarda yıüksək əməkhaqqı alan həkilmər,qanun qəbul edilirsə dövlətdən aylıq əməkhaqqı ala bilməyəcəklər.

Məlumata görə, hazırda qanun paraflanma ərəfəsində olmaqla yanaşı,eyni zamanda komitə digər avropa ölkələrinin bu yöndə qanunvericiliyini də öyrənməkdədir. Məlumata görə, qanun qəbul edildiyi təqdirdə, dövlət xəstəxanalarında çalışan həkimlər özəl xəstəxanalarda girdikləri əməliyyatlara görə qazandıqları gəlirdən yüksək vergi vermək məcburiyyətində qalacaqlar.
Bundan başqa qanunda dövlət xəstəxanalarını deyil, özəl xəstəxanalarda işləməyi seçən həkimlər dövlətin bütün sosial güzəştlərindən məhrum edilməklə yanaşı, özəl sektorda işləməyə üstünlük verənlər əlavə sosial ödəmələr ödəyəcəklər.

COMMENTS