“Hərbi əməliyyatı dayandırsaq, bizi parça-parça edəcəklər”- MEDVEDEV

“Hərbi əməliyyatı dayandırsaq, bizi parça-parça edəcəklər”- MEDVEDEV

“Əgər Ukraynaya qarşı müharibədə uduzsaq, o zaman Rusiya parçalanacaq və yox olacaq”.

Azpost.info xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Qələbə qazanmadan xüsusi hərbi əməliyyatı dayandırsa, Rusiya mövcud olmayacaq, onu parça-parça edəcəklər”, – Medvedev bildirib.

Medvedev ABŞ prezidenti Co Baydenin Rusiya xüsusi əməliyyatı dayandıracağı təqdirdə münaqişənin dərhal sona çatacağına dair bəyanatını da tənqid edib: “Bu, cəfəngiyyatdır. Həqiqət tamam başqadır. Əgər ABŞ Kiyev rejiminə silah verməyi dayandırsa, Ukraynadakı müharibə başa çatacaq”.

Medvedev Baydenin ABŞ-ın Rusiyaya hücum etmək niyyətində olmadığı barədə ruslara müraciətində dürüst olmadığını da qeyd edib.

DOSYE.ORG

COMMENTS