Hacı Məhərrəmin “b” planı: sərxoş vəziyyətdə hadisə törədən kürəkən azadlığa çıxmaq üzrədir?

Hacı Məhərrəmin “b” planı: sərxoş vəziyyətdə hadisə törədən kürəkən azadlığa çıxmaq üzrədir?

“Qurtuluş-93” Yaşayış Kompleksinin sahibi Hacı Məhərrəmin kürəkəni azadlığa çıxır.

Bu barədə dosye.org-a məlumat verən mənbə vurğulayır ki, bu ilin iyun ayının 16-da “Qurtuluş-93” MMC-nin rəhbəri Hacı Məhərrəm Ağayevin kürəkəni “Spring” otelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb. Bundan sonra hadisə yerindən qaçmağa çalışan sürücü ikinci dəfə daha bədbaxt hadisə törədib.

Belə ki, qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan 3 nəfər də ölüb. Sürücü Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılılandan sonra məlum olub ki, Hacı Məhərrəmin kürəkəni Elşad Kəlbəliyev sərxoşdur. Onu da diqqətinizə çatdıraq ki, hadisəni törədən E. Kəlbəliyev həbs olunur. Bundan sonra E.Kərbəlayev haqqında dörd aylıq həbs-qəti imkan tədbiri seçilib və hazırda istintaq altında həbsdədir.

Dosye.org–ı məlumatlandıran mənbənin sözlərinə görə, müqəddəs Kəbə daşını öpməyə pullar xərcləyən M. Novruzov kürəkəninin həbsdə olması ilə hələ də barışmır və öz üsullarına əl atıb. Hadisə zamanı həlak olan şəxslərin ailələrinə böyük məbləğdə (bura Bakı şəhərinin mərkəzində ev, Masazırda villa, bahalı avtomobillər və 200mindən az olmayan pul daxildir) hədiyyələr edib. Bunun qarşılığında mərhumların yaxınları şikayətçi olmayacaqlarına və cəza üçün israr etməyəcəklərinə söz veriblər. Azərbaycan qanunvericiliyində bu kimi hallarda, yəni şikayətçinin ortadan qalxdığı hallarda cəzanın necə müəyyənləşdirildiyini deyə bilmərik. Amma E. Kərbəlayev bu hadisədən cəzasız qurtaracaqsa sadə vətəndaşın “Pulun varsa hamını əz keç” iddiası təsdidlənmiş olacaq.

Araşdırmalarımız davam edir…

DOSYE.ORG

 

COMMENTS