Hafiz Hacıyev Maral Tahirqızına cavab verdi

Hafiz Hacıyev Maral Tahirqızına cavab verdi

“Mən onu məcbur edə bilmərəm ki…”

 

Bu günlərdə Facebook sosial şəbəkəsi vasitəsilə populyarlaşmış müğənni Maral Tahirqızı teleqraf.com saytına müsahibə verib.

Müğənni müsahibə əsnasında prezidentliyə sabiq namizəd Hafiz Hacıyevlə bağlı verilən sualı cavablandırıb. Müsahibədən həmin hissəni təqdim edirik:

– Siyasətçilərlə aranız necədir? Məsələn, Hafiz Hacıyev sizi seçki kampaniyasında oxumağa dəvət etsə, gedərsinizmi?

– Hafiz Hacıyev? Mən onu tanımıram. Onun şəxsiyyətinə bələd olsam, Azərbaycan xalqına yararlı, yararsızlığını bilsəm, razılaşaram. Nəyə görə seçkilərdə iştirak edir? Millət vəkili olmaq istəyir?

– Prezident olmaq istəyirdi…

– Hafiz müəllim məndən inciməsin. Ola bilsin, mən onu televiziyadan tanıyıram. Açığı, siyasət işinə o qədər də girmirəm. Öz sənətimlə məşğulam, amma dünyada baş verən münaqişələrin heç birinə göz yummuram, hamısı ilə maraqlanıram, dəyərləndirirəm. İstəyərəm ki, bütün Azərbaycan xalqı ən yüksək səviyyədə yaşasın.

M.Tahirqıznın onun barəsində səsləndirdiyi fikirlərə münasibətini öyrənmək üçün
H.Hacıyevlə əlaqə saxladıq. M.Tahirqızı adda müğənni tanımadığını deyən H.Hacıyev bunları söylədi:

“Vallah heç mən də onu tanımıram. Mən Azərbaycanda yaşayıb, böyük vəzifələrdə işləmişəm, amma o adda müğənni eşitməmişəm. Biz onun fikrinə hörmətlə yanaşırıq. Onu məcbur edə bilmərik ki, məni tanısın. Mənim də ona arzum odur ki, müğənnilik sahəsində o qədər uğur qazansın ki, biz də onu tanıyaq. Populyar olsun. Ümumən isə mən onu tanımıramsa, onun məni tanımaması heç marağımda da deyil”.

Yekunda əhvalını, planlarını xəbər aldıqda H.Hacıyev gələcək bələdiyyə və parlament seçkilərinə hazırlaşdığını bildirdi.

COMMENTS