Hakan Şukurdan baş sağlığı

Millət vəkili “Tvitter”dəki şəxsi hesabından verdiyi açıqlamada şəhidlərimizə rəhmət diləyib
Futbol üzrə Türkiyə yığmasının sabiq hücumçusu, millət vəkili Hakan Şükür azərbaycanlı əsgərlərin cəbhə xəttində şəhid olması ilə bağlı başsağlığı verib.

ANS PRESS-in məlumatına görə, Hakan Şükür “Tvitter”dəki şəxsi hesabından verdiyi açıqlamada şəhidlərimizə rəhmət diləyib:

“Ermənistanın hücumu nəticəsində şəhid olan 8 azəri əsgərimizə rəhmət, qardaş Azərbaycan xalqına başsağılığı verirəm”.

COMMENTS