Hakimiyyət haqlıdır, yoxsa beynəlxalq təşkilat?

Hakimiyyət haqlıdır, yoxsa beynəlxalq təşkilat?

Ekspertlər reallıqda gənclər arasında işsizliyin 15 faizdən də çox olduğunu deyir

 

Samir Əliyev: «Araşdırmalar da göstərir ki, kriminal hadisələrin kökündə işçizlik dayanır»

Azərbaycan hakimiyyəti ölkədə işsizliyin demək olar tam aradan qaldırıldığını, xüsusilə gənclərin iş probleminin həll olunduğunu iddia etsə də, ortalığa çıxan faktlar bunun tam əksini göstərir. Beynəlxalq Əmək Təşkilatınin hesabatından məlum olur ki, Azərbaycanda gənclər arasında işsizlik 14,8 faizdir. Bu göstəriciyə görə Azərbaycan yalnız MDB-nin bir neçə ölkəsini geridə qoyur. Hərçənd ki, hakimiyyət müqayisəni hər zaman dünyanın inkişaf etmiş ölkələri ilə aparır.

Bu isə beynəlxalq təşkilatın hakimiyyətin apardığı daha bir kampaniyanı darmadağın etdiyini göstərir.

Ekspertlər hətta gənclər arasında işsizliyin 15 aizdən yüksək olduğunu da deyir.

İqtisadçı-ekspert Samir Əliyev 15 faizi yüksək göstərici hesab edir. Çünki araşdırmalar da göstərir ki, kriminal hadisələrin kökündə işçizlik dayanır. Gənclər işləməyəndə başqa yaxşı olmayan işlərlə məşğul olurlar. Xarici ölkələrdə buna daha çox önəm verilir. Ekspertin sözlərinə görə, Avropa ölkələrində işsizlik qlobal maliyyə böhranına görə baş qaldırdı. Azərbaycanda isə rəsmi statistika ortalığa başqa rəqəmlər qoyur. Baxmayaraq ki, insanlar işsizlik əziyyət çəkir: «Gənclər arasında 15 faiz işsizlik istənilən halda arzuolunmaz haldır. İşsizliyin azaldılması sahəsində işlərin görülməsi vacibdir».

Ekspert reallıqda gənclər arasında işsizliyin hətta 15 faizdən də çox olduğunu deyir: «Araşdırma aparsaq, görərik ki, kifayət qədər gənclər işsizlikdən əziyyət çəkirlər. Nəzərə alaq ki, Azərbaycanda bu gün iş təminatının böyük bir hissəsini Rusiya bazarları ödəyir, gənclər Rusiya bazarlarında alverlə məşğuldur. Amma Rusiyada da proseslər çətinləşir. Gənclərin ora getməsi əngələ çevrilir. Bu baxımdan bu gün gənclərin işsizliyi 15 faizdən daha çoxdur. 15 faizin reallığına uyğun gəldiyinə inanmıram. Bu da həm sosial baxımdan arzuolunmaz haldır. Çünki neqativ hallara gətirib çıxarır. Həm də işsizlikdən doğan bir sıra cinayətlərin artmasına gətirir».

COMMENTS