“Hamı bilir qızımın atası kimdir” – Ayan ağladı

“Hamı bilir qızımın atası kimdir” – Ayan ağladı

Müğənni Ayan Babakişiyeva uzun fasilədən sonra ilk dəfə efirə çıxıb. O, “Hər şey daxil” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, ifaçı Bakıdan köçməyinin səbəbini açıqlayıb. Ayan sosial şəbəkədə ünvanına yazılan tənqidlərə də cavab verib:

“Deyirlər ki, bu pulun mənbəyi hardandır? Sən dedi-qodu edəndə, arxamca danışanda, mən pul qazanırdım. İstanbulda özümə iş qurmuşam. Bu gün çox xoşbəxtəm.

Bakıdan qızım üçün köçdüm. İstədim ki, xoşbəxt yaşasın, psixoloji travma almasın. Bağçaya, məktəbə gedəcək, ona sözlər deyilməsini istəmədim. Bu günümə çox şükür. Hər kəs bilir qızımın atası da, anası da kimdir. Əsas budur. Anası, nənəsi, dayısı yanındadır. Durub kiminsə arxasınca danışmaq yaşım deyil. Hüzurum var.

Hamının həyatında ayrılıq da olur, qara xətt də. Sevmişəm, sevilmişəm, xoşbəxt olmuşam (ağlayır). Məni heç kim təhdid etmirdi. Uşağımı sağlam böyüdürəm. İstanbula köçəndə 4 ay gecələr ağlayırdım. Həyatım gözəldir, xanım kimi yaşayıram. Amma vətənimdən uzağam”.

Dosye.org

COMMENTS