“Hamı “Qarabağ”a məğlubiyyətimizə məyus oldu”

“Hamı “Qarabağ”a məğlubiyyətimizə məyus oldu”

Lüksemburqun “Düdelanj” komandasının baş məşqçisi Bertran Krasson “Lequotidien” nəşrinə müsahibə verib.

49 yaşlı mütəxəssis çempionatdakı vəziyyətdən və avrokuboklardakı oyunlardan da danışıb.

Belçikalı məşqçi “Qarabağ”a evdə 1:4 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci tur matçından sonra azarkeşlərin məyus olduğunu vurğulayıb: “Qrup mərhələsinin ilk turunda APOEL-i 4:3 hesabı ilə məğlub etdik. Nikosiyadakı qələbəmizdən sonra hər kəs Lüksemburqda “Qarabağ”ı məğlub edə biləcəyimizi düşünürdü.  Amma uduzduq. Hamı məğlubiyyətimizdən sonra məyus oldu”.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının A qrupunu 5 xalla 3-cü, “Düdelanj” isə 4 xalla 4-cü sırada bitirib.

DOSYE.ORG

COMMENTS