Hamilə müğənni Bakıda dəhşətli qəzada öldü

Bu gecə Bakıda baş vermiş dəhşətli qəza ilə bağlı bəzi məqamlar üzə çıxıb.

 

Dosye.org lent.az-a istinadən verdiyi məlumata görə, Xətai rayonu ərazisində, Zığ yolunda “VAZ 2107”, “Opel” və “QazEl” markalı avtomobillərin toqquşması nəticəsində həlak olan 24 yaşlı Bayramova Samirə Afət qızı müğənnidir. O, bir sıra mahnı müsabiqələrinin iştirakçısı və laureatı olub.

S.Bayramova bir müddət əvvəl ailə həyatı qurubmuş və hamilə imiş.

S.Bayramova həzin səsi ilə bir çox tanınmış müğənnilərin diqqətini çəkib, onun ifa etdiyi mahnılar radiolarda səsləndirilib.

COMMENTS