Hamilə qadınların nəzərinə

Maşınlarda təhlükəsizlik baxımından taxılması vacib olan kəmərin hamilə qadınlarda yanlış yerdən taxılması təhlükəli ola bilər.

 

Ailem.az hamilələrdə təhlükəsizlik kəmərinin düzgün taxılması və yaşanan qəza zamanı ediləcək ilkin yardımları təqdim edir.

Təhlükəsizlik kəməri hamilələr üçün probem olur. Hamiləlik zamanı qadın özünün və körpəsinin sağlamlığı üçün bu kəməri taxmağa diqqət etməlidir. Ancaq qarnının düz üzərindən keçən təhlükəsizlik kəməri ani maşın dayanmaları zamanı qarın bölgəsindən sıxınca bu, körpə ölümü və ciftin cırılması ilə nəticələnə bilər.

 

Təhlükəsizlik kəməri qarnın alt bölgəsindən çiyinə sarılacaq, sinənin tam ortasına gələcək şəkildə bağlanmalıdır. Bu cür taxılması körpəni ölməkdən xilas etməklə yanaşı, ananı da yaralamalardan yüzdə 50 nisbətində qoruyur.

Yol qəzası, yıxılma, ya harasa dəymə zamanı hamilə qadın dərhal ən yaxın xəstəxanaya çatdırılmalıdr.

Qəza zamanı yaşanan baş zədələnmələrinə də adi yanaşmaq olmaz.

Qəza sonrası anaya verilən oksigen körpədə yarana biləcək hər hansı bir problemin qarşısını ala bilər. Tetanus riski üçün iynə vurulmalı və mütləq uyğun qan tapılıb hazır saxlanmalıdır. Ana qarın bölgəsindən yaralanıbsa, körpənin yaralanma riski yüzdə 60-80 olur və həmin körpə doğulduğunda onu gözləyən ölüm riski 40-70 arasında olur.

COMMENTS