Hamilə qalmaq istəyən bu balıqdan yesin…

Hamilə qalmaq istəyən bu balıqdan yesin…

Harvard Universitetində aparılan araşdırma nəticəsində müntəzəm olaraq dəniz məhsulları qəbul edən cütlüklərin daha tez uşaq sahibi olduqları açıqlanıb.

Moderator.az xəbər verir ki, Texasda 500 cütlük bir il ərzində nəzarətə alınıb. Dəniz məhsulu qəbulu və hamilə qalma müddəti arasındakı əlaqəni müəyyən etmək üçün iştirakçılar gündəlik olaraq balıq yeyiblər və cinsi fəallıqlarını qeyd ediblər.

Nəticədə həftədə iki dəfədən artıq dəniz məhsulu qəbul edən cütlüklərin 92 faizi hamilə qalarkən, daha az dəniz məhsulu qəbul edən cütlüklərdə bu nisbət 79 faiz olub. Həmçinin dəniz məhsulları ilə qidalanan cütlüklərin cinsi yaşayış səviyyəsinin, digər cütlüklərə görə 22 faiz daha çox olduğu qənaətinə gəlinib.

Eyni zamanda alabalıq və dunay balığının keyfiyyətli spermanın əmələ gəlməsinə təsir etdiyi və hamiləlik şansını artırdığı bildirilib.

Dosye.org

COMMENTS