“Heyəti gücləndirmək istərdik, amma..” – Qurban Qurbanov

“Heyəti gücləndirmək istərdik, amma..” – Qurban Qurbanov

“Bizə lazım olan nəticə idi. Bunu da əldə edərək, tariximizdə ilk dəfə Avropa Liqasının qrup mərhələsinə düşdük. Bu çətin yolda bizə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm”.

 

Qol.Az-ın Sportnet.az-a istinadən verdiyi məlumata görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda komandanı qarşılayan jurnalistlərə açıqlamasında deyib.

42 yaşlı mütəxəssis qrup mərhələsinə ciddi hazırlaşacaqlarını bildirib: “Fərqi yoxdur, püşk bizə hansı komandanı rəqib etsin. Heyəti gücləndirmək istərdik. Amma təəssüf ki, Avropada “transfer pəncərəsi” bağlanmaq üzrədir. Bununla belə, bizə dəstək olan, sevən azarkeşləri, xalqımızı yenə sevindirməyə çalışacağıq”.

 

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının “pley-off” mərhələsində Hollandiya “Tvente”sini iki oyunun nəticəsində üstələyərək, qrup mərhələsinə yüksəlib.

COMMENTS