Hikmət Hacızadə: “Eltonun vəfatı hər birimiz üçün ağır itkidir”

Xəbər verdiyimiz kimi, ölkəmizin tanınmış vəkili Elton Quliyev uzun sürən ağır xəstəlikdən sonra bu gün vəfat edib. Mərhumla vidalaşmaq üçün Təzəpir məscidinə gələn ictimai-siyasi xadimlər, mərhumun dostları Musavat.com-un reportyoruna onun barəsində danışıblar, onun kimi bir dəyərli ziyalını itirməyin ağır olduğunu bildiriblər.

 

Xalq hərəkatının liderlərindən biri olan Hikmət Hacızadə deyib ki, bizim hamımız üçün ağır gündür: “Elton müəllim, dəyərli insan, gözəl vətəndaş, ömrünün böyük bir hissəsini xalqa həsr etmiş şəxs idi. Onun vəfatı hər birimiz üçün itkidir. Allahdan ona rəhmət diləyirəm”.

 

 

COMMENTS