Hindistanda baş verən partlayış nəticəsində 6 polis həlak olub

Hindistanda baş verən partlayış nəticəsində 6 polis həlak olub

Hindistanın şərqində Maoçu üsyançılar tərəfindən yol kənarına yerləşdirilən bomba partlayıb.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi yerli mətbuata istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Çattisqarx əyalətində, Dantevada ərazisində baş verib. Partlayış nəticəsində 6 polis əməkdaşı həlak olub, daha 1 nəfər yaralanıb.

Hadisə yerinə gedən təhlükəsizlik orqanlarının əməkdaşları silahlıları tapmaq üçün əməliyyata başlayıb.

Dosye.org

COMMENTS