Hindistanın Ermənistana hava dəhlizi: məqsəd nədir?

Hindistanın Ermənistana hava dəhlizi: məqsəd nədir?

Hindistanın aerokosmik müdafiə sahəsində xəbərlər üzrə ixtisaslaşmış IADN nəşri strateji əhəmiyyət daşıyan ixraca xidmət etmək üçün Ermənistana hava dəhlizi yaradacağı haqqında məlumat yayıb. Yəni artıq bu ölkənin HAL (Hindustan Aeronautics Limited) və CONCORD kompaniyaları Ermənistana girəcək.

Bu sözləri BUTA.TV-a açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib.

Polkovnik ehtiyac yaranacağı halda preventiv addımlar atılacağını vurğulayıb:

“Bu, Dehlinin İrəvanla müdafiə sənayesi sahəsində olan əlaqələrinin daha çox iqtisadi maraqlara xidmət etdiyini göstərir. Sözügedən dəhliz yalnız müdafiə sənayesi məhsulları üçün açılmır. Hindistan dəhliz vasitəsilə Ermənistan logistikasında söz sahibi olmaq və bölgədə təsirini artırmaq istəyir. Təbii ki, qarşılıqlı şəkildə Ermənistan da Hindistan bazarına girəcək. Əlbəttə, bunun reallaşacağı təqdirdə Türkiyə və Azərbaycan dəhlizin fəaliyyətini yaxından izləyəcək, milli təhlükəsiz maraqlarımıza təhdid yaranacağı halda preventiv siyasi addımlar atılacaq”.

COMMENTS