“Hizbullah”dan sərt xəbərdarlıq: “Cavabımız sərt olacaq”

“Hizbullah”dan sərt xəbərdarlıq: “Cavabımız sərt olacaq”

“İranın İsrailə cavab verməsi qaçılmazdır”.

Bu barədə “Hizbullah” terror təşkilatının lideri Həsən Nəsrullah deyib.
Nəsrullah İranın Suriyadakı konsulluğuna hücumun ötən ilin oktyabr ayından bəri baş verən hadisələrdə dönüş nöqtəsi olduğunu bildirib.

O, təşkilatın hələ də İsrailə qarşı istifadə etmədiyi silah və qüvvələrə malik olduğunu iddia edib.
Qeyd edək ki, aprelin 1-də İsrail ordusu İranın paytaxt Dəməşqdəki konsulluğuna hava zərbələri endirib. 13 nəfərin həyatını itirdiyi hücumunda ölənlər arasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən briqada generalı Məhəmməd Rza Zahedi, daha bir general və 5 yüksək vəzifəli hərbçinin olduğu açıqlanıb.

İran hücuma “sərt cavab” verəcəyi ilə bağlı xəbərdarlıq edib.

COMMENTS