Hökməli qəsəbəsinin sakinləri yolu bağlamağa cəhd etdilər

Bu barədə kənd sakinləri “Novosti-Azərbaycan”a bildiriblər. Narazı sakinlərin bildirdiyinə görə, sürətin saatda 120 kilometr nəzərdə tutulduğu şose yolunun kəndin kənarından keçən hissəsində yol işıqlandırılmayıb və gecələr zülmətə dönür.

 

“Bütün şose boyu bahalı və yaraşıqlı işıq dirəkləri basdırılıb, lakin 6 aydan çoxdur ki, işıqlar yanmır. Sakinlər bələdiyyə və yerli hakimiyyət orqanlarına dəfələrlə müraciət ediblər, ancaq nəticə yoxdur” – deyə kənd sakinləri bildirir.

Kənd sakinlərinin sözlərinə görə, qaranlıq yolda yüksək sürətlə hərəkət edən avtomobillərin sürücüləri yolu keçməyə çalışan piyadaları görmür və vurur. Elə ötən gecə “Mercedes” markalı avtomaşın kənd sakini olan gənci vuraraq öldürüb. Əvvəllər də dəfələrlə belə hallar olub.

Sakinlər deyir ki, əgər yolun işıqlandırılması məsələsi bir neçə saata həll olunmasa, Bakı-Şamaxı şosesi bağlanacaq.

 

COMMENTS