Hökumət təkzib etdi: komendant saatı tətbiq edilməyəcək

Hökumət təkzib etdi: komendant saatı tətbiq edilməyəcək

“Belarus hökuməti Minskdə komendant saatının tətbiq ediləcəyi ilə bağlı xəbərləri təkzib edir”.

Dosye.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Belarus Nazirlər Şurasının mətbuat katibi Alexandra İsaeva açıqlama verib. O diqqətə çatdırıb ki, yalnız rəsmi məlumatlara etibar edin: “Rəsmi olaraq belə bir məlumat yoxdur”.

Qeyd edək ki, avqustun 9-da Belarusda keçirilən Prezident seçkilərində Aleksandr Lukaşenkonun qalib gəlməsilə bağlı MSK-nın ilkin açıqlamasından sonra ölkənin kütləvi  etiraz aksiyaları başlayıb.

DOSYE.ORG

COMMENTS