İbrahimoviç Türkiyəyə transfer ola bilər

Ulduz futbolunun meneceri onun “PSJ” ilə müqaviləsini uzatmaq istəmədiyi açıqlayıb
Dünyanın ən güclü forvertlərindən olan Zlatan İbrahimoviç Türkiyənin futbol komandalarından birinə transfer oluna bilər.

ANS PRESS-in “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, ulduz futbolunun meneceri Mino Raiola onun “PSJ” ilə müqaviləsini uzatmaq istəmədiyi açıqlayıb.

Karyerası müddətində “Ajax”, “İnter”, “Barcelona” kimi klublarda oynayan isveçli ulduzun meneceri “Milan”, “Tottehnam” və “Qalatasaray” klubları ilə danışıqlar aparıldığını deyib.

“PSJ”-nin isə, İbrahimoviçin 2016-cı ilə qədər olan yüksək xərcli müqaviləsindən xilas olmaq üçün transferə izn verdiyi bildirilib.

COMMENTS