İcra başçısı intihar etmək istəyib?

Azərbaycanda rayonlardan birinə rəhbərlik edən icra başçılarından biri intihar etmək istəyib. JAM.AZ xəbər verir ki, onun intihara cəhd etməsinin səbəbi ailəsində üzləşdiyi problemlə bağlı olub.

 

Məlumatda deyilir ki, rayon rəhbərinin ciddi səhvi onun ailə üzvləri tərəfindən aşkarlanandan sonra narazılıq yaranıb. Lakin məmur evdəkilərə bununla bağlı yetərli məlumat verməməklə yanaşı, həm də əsaslandıra bilmədiyindən depressiyaya düşüb. JAM.AZ-a daxil olan məlumatda iddia edilir ki, ailə üzvləri sözügedən şəxsi hətta özünü asarkən yaxalayıblar. İşə isə oğlu qarışdıqdan sonra problem aradan qaldırılıb və məsələ həll olunub.

Qeyd edək ki, həmin icra başçısının adı bizə məlum olsa da, bəzi dəqiqləşdirmələr səbəbindən açıqlamırıq.

COMMENTS