İcra başçısının təqdimatını prezidentə kim verib? Kərəm Həsənov olayı yenidən gündəm oldu

İcra başçısının təqdimatını prezidentə kim verib? Kərəm Həsənov olayı yenidən gündəm oldu

Cəlilabad rayonuna yeni icra başçısı təyin olunduğu hər kəsə bəllidir. Bəli, ölkə başçısı cənab İlham Əliyev sərəncamına əsasən Rafiq Cəlilov Cəlilabad RİH başçısı təyin edildi.

Xatırladaq ki, bir müddət öncə rayonun keçmiş icra başçısı, hal-hazırda həbsdə olan Namiq Zeynalov törətdiyi cinayət əməinə görə Dövlət Təhlükəsizlik Xidmətinin(DTX) əməkdaşları tərəfindən saxlanıldı. Bu barədə media olaraq kifayət qədər məlumatlar dərc etmişik. Lakin məsələnin digər tərəfi ondan ibarətdir ki, N. Zeynalov haqqında faktlara əsaslanan məlumatlar dərc edərkən, qarşı tərəf bizi şantajda, iftira atmaqda suclayırdı. İcra hakimiyyətinin məsül əməkdaşları bir neçə media orqanlarına açıqlama verərək, icra başçısına qarşı qara piar apardıqlarını bildirirdilər. Sonda hər şey gün kimi aydın olaraq kimin kim olduğu bəlli oldu. Beləliklə, bütün iddialarımız öz təsdiqini tapmaqla məsələyə tam aydınlıq gətirildi.

Yeni təyin olunan icra başısı kimdir?

Yuxarıda qeyd etdiyimiz kimi, prezident Cəlilabad rayon icra başçısı vəzifəsinə Rafiq Cəlilovu təyin etdi. Əlbətdə ki, cənub bölgəsinin qəhrəman şəhəri hesab edilən Cəlilabad rayonun igidləri ikinci Qarabağ müharibəsində əsl qəhrəmanlıq nümayiş etdirməklə tarixə imza atdılar. Təbii ki, bu danılmaz faktdır. Belə bir ərəfədə rayon sakinlərin bəzi problemləri və onların həlli yolları istiqamətində qəti addım atan, şəhid ailələri və qzilərimizin ciddi narazılıqlarıni həll etməyə səylə çalışan bir İCRA BAŞÇISI arzuolunan idi. Əfsüslər olsun ki, belə bir məqamda Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini, eyni zamanda o zaman sədr Kərəm Həsənovun pulyığanı  Rafiq Cəlilov Cəlilabada başçı gətirildi. Etiraf edək ki, cəmiyyət arasında bu şəxs haqqında heç də mənfi fikir formalaşdırmağa səy göstərmirik. Amma bəzi nuansları qeyd etmək bizi mənəvi borcumuzdur. Bir faktı qeyd edək ki, prezident cənab İlham Əliyev şəxsən Rafiq Cəlilovu tanımayıb və eyni zamanda onunla birgə çalışmayıb. Deməli, yenidən ölkə başçısına təqdimat düzgün verilmədi. Namiq Zeynalov haqqında eyni ilə yuxarıda qeyd etdiklərimizi dönə-dönə yazırdıq, sosial şəbəkədə paylaşımlar edirdik.

Cəlilabad rayonuna icra başçısı təyin olunan R. Cəlilov ilik gündən şəhid ailələrini və qazilərimizi ziyarət etdi. Bu əlbətdə ki, olduqca yüksək qiymətləndirilir. Çox istərdik ki, etimad göstərilən R. Cəlilov çalışdığı sədr müavini kimi deyil, prezidentin əsl səlahiyyətli nümayindəsi kimi rayon sakinlərinin yanında olsun. Bu istiqamətə bizim araşdırmalarımız davam edir….

Elman Nigaran

COMMENTS