İftarda qarpız yeyən ailə xəstəxanalıq oldu

Zaqatalada bir ailə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirib.

Zaqatalada son bir həftədə ikinci dəfə qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə rayonun Danaçı kəndində qeydə alınıb. İftar vaxtı qarpız yeyən bir ailənin 6 üzvü axşam saatlarında yediyi qidadan zəhərlənəniblər. Onlar bu gün səhər zəhərlənmə diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər.

Ərzaqdan zəhərlənənlər bunlardır:

1. Mehdi Müslüm oğlu Mehdiyev – 1966- cı il
2. Mehdinin həyat yoldaşı – Sübeybət Nəsrullah qızı Mehdiyeva- 1969- cu il
3. Böyük qızları – Həbibət Mehdi qızı Mehdiyeva- 1992-ci il
4. Ortancıl qızları – Rəziyyət Mehdi qızı Mehdiyeva- 1996- cı il
5. Kiçik qızları – Minayə Mehdi qızı Mehdiyeva- 1997- ci il
6. Oğlanları – Əsəbəli Mehdi oğlu Mehdiyev- 2000- ci il

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından ANS PRESS- ə verilən məlumata görə, ailə öyən gün axşam- iftar edərkən qarpız və qarışıq yeməklər yeyib. Bir necə saatdan sonra onların vəziyyəti pisləşib.

Xəstəxanaya çatdırılan ailəyə tibbi yardım göstərilib və hazırda ailə üzvlərinin vəziyyəti normaldır. “Onların müayinəsi davam edir və aparılan araşdırmadan sonra zəhərlənmənin dəqiq səbəbləri məlum olacaq”.

Xatırladaq ki, bu Zaqatalada son bir həftədə iftarda qarpızdan baş verən ikinci hadisədir. Çobankol kəndində bir ailənin 8 üzvü qarpızdan zəhərlənmişdi.

Mütəxəssislər qarpızı iyulun sonu, avqustun əvəllərində yeməyi məsləhət görürlər.

Mərkəzi Rayon Xəstəxanası

COMMENTS