İlham Əliyev bu ölkədəki səfiri geri çağırdı

Prezident bununla bağlı müvafiq sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri və Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında sərəncam verib.

ANS PRESS-in məlumatına görə, sərəncamda bildirilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram ki, Eynulla Yadulla oğlu Mədətli Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri və Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılsın”.

COMMENTS