İlham Əliyevin köməkçisinin obyektləri əlindən alındı

Prezident İlham Əliyevin iqtisadi məsələlər üzrə köməkçisi, Prezidentinin Administrasiyası rəhbərinin müavini Əli Əsədovun əmlakının invertallaşdırılması başa çatıb. Onun obyektlərinin siyahısı müəyyənləşdirilib və əlindən alınıb. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, prezident köməkçisinin nəzarətində olan, İçərişəhərdə  Kiçik Qala küçəsində yerləşən “Manqal” restoranı və Dənizkənarı Bulvarı ərazisində yerləşən “Palma” restoranı əlindən alınıb. İndi həmin restoranları yeni sahibləri idarə edirlər.

Mənbə deyir ki, prezident köməkçisinin nəzarətində olan başqa obyektlərdə də əl dəyişməsi prosesi gedir və məsələ çox yaxın günlərdə yekunlaşacaq.

Ə.Əsədov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova xüsusi yaxınlığı ilə fərqlənən şəxs kimi tanınıb. Onların ortaq biznes layihələri barədə məlumatlar var.  O baxımdan E.Mahmudovun vurulmasından sonra Ə.Əsədovun hədəfə gəlməsi gözlənilən idi. KİV-də onun işdən çıxarılması və hətta həbs ediləcəyi ilə bağlı məlumatlar yayılıb.

Ə.Əsədov 1956-cı il noyabrın 30-da Bakı şəhərində doğulub. 1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş lobarant kimi başlamışdır. 1978-1980-cı illərdə hərbi xidmətdə olmuşdur.

1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda Baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989-1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışmışdır. 1995-2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Azərbaycan prezidentinin 17 aprel 1998-ci il tarixli sərəncamı ilə prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, 29 noyabr 2012-ci il tarixli sərəncamı ilə isə Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib.

COMMENTS