İlham Əliyev tələb etdi: “Erməni qoşunu çıxmalıdır”

“Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır”

 

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə 3 ölkənin (Rusiya, Azərbaycan və Ermənistan) prezidentləri ilə görüşündə deyib.

“Bu münaqişə çox uzandı, inanıram ki, Vladimir Putinin iştirakı ilə danışıqlar prosesinə yeni təkan veriləcək. Rusiya prezidentinin dediyi kimi, münaqişənin həll edilməsi üçün hüquqi bazaya əsaslanan format mövcuddur. BMT Təhlükəsizlik Şurası bu münaqişənin həll edilməsi üçün 4 qətnamı qəbul edib. Orda dəqiq yazılıb ki, ERmənistan silahlı qüvvələri Azərbaycanın işğal etdiyi torpaqlardan çıxarılmalıdır. Təəssüflər ki, olsun ki, artıq 20 il keçib, bu qətnamələr kağız üzərində qalıb”.

COMMENTS