İnanıram ki, Ukrayna qalib gələcək – Blinken

İnanıram ki, Ukrayna qalib gələcək – Blinken

Rusiya Ukraynada müharibə istəyə bilər, lakin bu, onun qalib gəlməsi demək deyil.

Buta.ws xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“İstər bir həftə, istərsə də bir ay və ya daha çox. Mən Ukraynanın qalib gələcəyinə tam inanıram. Ukraynanın müdafiə qabiliyyətini artırması üçün regionda təhlükəsizlik yardımlarını artırırıq. Biz Ukrayna xalqına humanitar yardım edir, ümumi müdafiəmizi gücləndiririk ki, müttəfiqlərimiz potensial təhlükəyə cavab verə bilsinlər. Üstəlik, bu müharibəni dəstəkləyənlər, xüsusən də Kreml rəhbərliyi başda olmaqla ağır bədəl ödəyəcək”, – Blinken bildirib.

DOSYE.ORG

COMMENTS