İndoneziyada güclü zəlzələ: ölənlərin sayı 56-ya çatdı

İndoneziyada güclü zəlzələ: ölənlərin sayı 56-ya çatdı

İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatıb.

Məlumatı “Sinxua” agentliyi yayıb.

Təbii fəlakət nəticəsində 826 nəfərin yaralandığı qeyd olunur.

O da bildirilir ki, bölgədə yeraltı təkanlar hələ də təkrarlanır.

**00:10

İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb.

Bu barədə İndoneziya Təbii Fəlakətlərə Qarşı Mübarizə Milli Agentliyi məlumat yayıb. Daha 637 nəfərin xəsarət aldığı bildirilib.

Qərbi Sulavesi əyalətinin hakimiyyət orqanları regionda fövqəladə vəziyyət rejimi elan ediblər.

Xatırladaq ki, yanvarın 15-də gecə saatlarında Qərbi Sulavesi əyalətinin Mamucu şəhəri yaxınlığında 6,2 və 5,7 bal gücündə ardıcıl zəlzələlər baş verib. 15 mindən çox sakin zəlzələ səbəbindən evlərini tərk edib.

DOSYE.ORG

COMMENTS