İNSAN- Şeir

Sanma ki, dünyada həmişəliksən,
Nə yaman arxayın gəzirsən insan.
Sən, iki dünyanın sərhəddindəki,
Əcəl karvanına sarvansan insan.

Ömür ağacdakı sarı yarpaqdır
Fikrin bu dünyanı qamarlamaqdır
Axırın onsuzda qara torpaqdır
Nəfəsinin əlində qurbansan insan.

Düşünmə yığdığın sənə qalacaq
Nəyin varsa fələk səndən alacaq
Səndən tək yaxşılıq miras qalacaq
Onsuz, şoran yerdə bağbansan insan.

Bu Əhməd Məlikin sinəsində söz,
Yığılıb dərd olub, oğulsan gəl döz.
Qarşıda dar məzar, beşcə arşın bez.
Bu gün saraylarda mehmansan insan.

ƏHMƏD MƏLİK

COMMENTS