“İnsanlar rayonlara buraxıla bilər, ancaq…”-Baş infeksionist

“İnsanlar rayonlara buraxıla bilər, ancaq…”-Baş infeksionist

Azərbaycanda mart ayından tətbiq olunan karantin rejimi çərçivəsində paytaxt Bakıdan rayonlara gediş-gəliş məhdudlaşdırılıb.

Son həftələr SMS icazəsi ilə evdən çıxmağa icazənin verilməsi Bakı sakinlərinin yay günlərini rayonlarda keçirmək arzusu yaradıb. Koronavirus epidemiyasının Bakıdan rayonlara “daşınmasının” qarşısının alınması istiqmətdə atılan addımılar qəbulediləndir.

Bəs paytaxt sakinlərinin koronavirus testindən keçirildikdən və neqativ nəticə əldə edildikdən sonra rayonlara buraxılması tətbiq edilə bilərmi?

“Yeni Sabah” xəbər verir ki, respublikanın baş infeksionisti Cəlal İsayev Cebhe.info-ya açıqlamasında bu məsələnin bir ay əvvəl də qaldırıldığını bildirib: “Əlbəttə ki, bu mümkündür. Bunun müəyyən mexanizminin işlənib hazırlanaraq, insanların rayonlara buraxılması mümkündür”.

DOSYE.ORG

COMMENTS