İnterpol Hüseyn Abdullayevi axtarmayacaq

Sabiq millət vəkili, bəstəkar Hüseyn Abdullayevin İnterpol vasitəsi ilə axtarışı dayandırılıb.

Dosye.org-ın məlumatna görə, bu barədə “Azadlıq” qəzetinə bəstəkar özü açıqlama verib.

 

H. Abdullayev bildirib ki, vəkilərinin uzun müddətdir apardıqları qarışılıqlı yazışmaların nəticəsində mərkəzi Fransanın Lion şəhərində olan Beynəlxalq Polis təşkilatı- İnterpol avqust ayından onun haqqında axtarışı öz rəsmi veb səhifəsindən çıxarıb: “Hesab edirəm, belə bir mühüm faktın özü də mənim nə qədər günahsız olduğumu bir daha təsdiq edir.

 

Mən bundan sonra öz Ana Vətənim Azərbaycandan başqa dünyanın bütün digər dövlətlərinin ərazisinə sərbəst gedib- gəlmək hüququna malikəm. Niyə, Azərbaycandan başqa? Çünki Azərbaycan hökuməti hələ də, mənə qarşı açdığı uydurma cinayət işini bağlamır”.

COMMENTS