İntihar edən gəncin son məktubu – “Ölümümün onunla əlaqəsi yoxdur”

Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində intihar hadisəsi baş verib. 27 yaşlı Uğur Məmmədov intihar edib.

O, Mərdəkan qəsəbəsi, dəniz sahilindəki “Marina Beach” çimərliyində özünü dəmir borudan asıb.

U.Məmmədovun cibindən məktub tapılıb. Məktubda “Ölümümün dükan sahibi ilə əlaqəsi yoxdur, intiharı özüm qəsdən etdim” sözləri yazılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

COMMENTS