Iran polisi qarşıdurmada itki verdi

Iran polisi qarşıdurmada itki verdi

iran.jpg

İranın polis qüvvələri Səravan şəhərində baş verən qarşıdurmada itki verib.

 

Sistan-Bəluçistanın Polis rəisi 3-cü gün (çaharşənbə günü) elan edib ki, 3 nəfər polis –onun deyişi ilə- “silahlı quldurlar”la döyüşdə həyatını itirib.

Hüseyn Rəhimi bildirib ki, silahlılar telefon əlaqəsi saxlayaraq polis qüvvələrini hadisə yerinə çəkib və orda pusquya salıb və 3 nəfəri qətlə yetiriblər.

Qeyd edək ki, Səravan sərhəd bölgəsi Sistan-Bəluçistan vilayətində (ostan) yerləşir və həmin məntəqədə zaman-zaman silahlı qarşıdurmalar və tələfatlar olur.

COMMENTS