İranda güclü zəlzələ: çox sayda yaralı var

İranda güclü zəlzələ: çox sayda yaralı var

İranın cənubundakı Fars əyalətinin mərkəzi Şirazda ötən gün meydana gələn 5,4 bal gücündəki zəlzələdə xəsarət alanlar olub.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, əyalətin təcili yardım mərkəzinin sədri Məhəmməd Cavad Muradyan 33 nəfərin xəsarət aldığını “Fars” agentliyinə açıqlayıb.

Onlardan 2-i xəstəxanaya yerləşdirilib. Qalanları isə ambulator müalicədədir.

DOSYE.ORG

COMMENTS